24 Aprel 2014 16:02
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Pasrtiyasının (DİP) sədri Asim Mollazadə "xalq diplomatiyası" adı altında Ermənistana səfər edilməsinə qarşı səslənən fikirlərə münasibət bildirib.

Partiya sədri Teleqraf.com-a açıqlamasında bildirib ki, Ermənistana səfər edilməsinin əleyhinə deyil: "Baxır, Ermənistana hansı məqsədlə gedirsən. Hər Ermənistana gedəni həbs etsən, onda yüzlərlə adam içəridə olar. Azərbaycandan o qədər şəxs Ermənistana gedib ki...".

A.Mollazadə qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin tərkibində iyulun 3-də 2009-cu ildə Ermənistana səfər edib: "Tərtərdən işğal altında olan Qarabağa keçdik. Oradan Xankəndinə, sonra Şuşaya getdik. Qərar vermişdik ki, qarşılıqlı səfərlər davam etdirilsin, amma olmadı".

DİP sədri qeyd etdi ki, "xalq diplomatiyası" effekt vermir: "Xalq diplomatiyası"ndan söhbət gedə bilməz. Bu, mənasız söhbətlərdi. Ermənilər Qarabağı işğal ediblər. Ermənistanda dövlət yoxdur ki, onlarla oturub müzakirə aparasan. Ermənistana konkret təzyiqlər göstərilməlidir ki, torpaqlarımızı boşaltsınlar".

Jurnalist Rauf Mirqədirovun həbsinə toxunan A.Mollazadə bildirdi ki, jurnalistin həbsilə bağlı baş verənləri yaxından izləyirlər: "Jurnalistin həbsi cəmiyyətdə narahatlıq doğurur. İstintaq Rauf Mirqədirovun həbsilə bağlı ictimaiyyətə daha geniş məlumat verməlidir ki, şübhələr aradan qaldırılsın. Ermənistana səfər etmək cinayət deyil. Amma baxır, hansı məqsədlə gedirsən, oradakı fəaliyyətin nədən ibarətdir və s. Bizim səfərimiz açıq idi və bütün detallar ictimaiyyətə açıqlandı. Bu mənada hesab edirəm ki, Ermənistana səfər etmiş bütün azərbaycanlıları həbs etmək doğru olmazı".

Ruslan


Müəllif:

Oxşar xəbərlər