Teleqraf.com “Sydsvenskan” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər yaralanıb. Polis yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib. Hadisə yerində 100-ə yaxın insanın olduğu deyilir. Atışma baş verən binanın ərazisi yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb, insidentin səbəbləri müəyyənləşdirilir. Hadisəni törədən şəxsin kimliyi barədə məlumat verilməyib.