22 İyul 2014 19:08
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevinc Hüseynova: “Bu, çox əhəmiyyətli bir layihədir”

“YAP Gənclər Birliyinin “Yay məktəbi” çox əhəmiyyətli bir layihədir”. Teleqraf.com-un məlumatına görə, bu fikri YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu layihə gənclərin bilik və bacarıqlarının artırılmasında vacib rol oynayır. Onun sözlərinə görə, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.

“Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir”, deyə deputat qeyd edib.

Səxavət


Müəllif: