Selfi düşkünlüyü növbəti dəfə faciə ilə nəticələnib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sakaryada gənc oğlan selfi çəkmək üçün dayanmış qatarın üzərinə çıxıb. Ehtiyatsızlıqdan elektrik xəttinə toxunan gənc qəza ilə üzləşib.
Bədəni od tutan 18 yaşlı Birey Kurt vaqonun üstündən yerə çırpılıb. Hadisədən xəbər tutan kimi yanğından müfafizə xidməti və təcili tibbi yardım komandaları hadisə yerinə yetişiblər. Yanmaqda olan gənc söndürülərək ilkin tibbi yardım göstərilib. Daha sonra Sakarya Təlim və Araşdırma xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma başlayıb.