Osmaniyədə 17 PKK-çı həbsxanadan qaçmağa çalışarkən yaxalanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən bildirir ki, Osmaniyədə T tipli qapalı həbsxanada məhkumluq yaşayan PKK terror təşkilatının 17 üzvü divarı oyaraq qaçmağa cəhd ediblər.
Məhkumların saxlanıldığı kameranın divarından səslər gəldiyini eşidən növbətçilər rəhbərliyə məlumat veriblər. Mühafizə dəstəsi dərhal tədbir alaraq kameraya daxil olub. Araşdırmalar zamanı kamera divarının qazıldığı üzə çıxıb və məhkumları başqa kameraya yerləşdiriblər.
Məlumatda bildirilir ki, divarı qazmaq üçün istifadə edilən fırça sapı, asqı qolu və digər vasitələr götürülərək araşdırmaya təqdim edilib.