İzmirin Çiyli bölgəsində Bağçaya gedən 3 yaşlı Alpərən Sakin servis maşınında unudularaq havasızlıqdan ölüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar cinayət işi açılıb. Servisin sürücüsü və 18 yaşlı xanım işçi nəzarət altına alınıb. İstintaqdan sonra sürücü həbs edilib, rəhbər heyət isə sərbəst buraxılıb.
Hadisəni araşdırarkən məlum olub ki, bağçaya gələn servis maşınından uşaqlar bir-bir düşürülüb. Uşaqlardan biri ağladığı üçün işçi xanım onu qucağına alaraq bağçaya daxil olub. Sürücü arxa oturacaqda yatan 3 yaşlı Alpəri gözündən qaçırıb. Maşını dayanacaqda park edərək gedib.
Müəllimlər uşağın yoxluğundan xəbər tutarkən onu axtarmağa başlayıblar. Alpərin axtarışına cəlb olunan bütün heyət əlacsız qaldıqdan sonra müşahidə kameralarına baxarkən onun maşından düşürülmədiyini görüb. Dərhal dayanacaqdakı maşına baxış keçirilib və orada onun cansız bədənini tapıblar. Xəstəxanaya aparılsa da, onu həyata qaytarmaq mümkün olmayıb.