Avropada 3 şəhərdə terror hücumları ilə rastlaşan Avstraliya sakini Culia Monako 1 il ərzində 3 dəfə şok yaşayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Culia avqustun 17-də Barselonanın Rambla küçəsində baş verən terror zamanı iki rəfiqəsi ilə hadisənin yaxınlığındakı ticarət mərkəzində olub.
Qadın bu ilin iyununda Londonda baş verən bıçaqlı hücum zamanı da şəhərin həmin bölgəsində, metroda imiş.
Az sonra Londondan Parisə gələn Culia Monako məşhur Notr-Dam kilsəsinə baş çəkərkən bir polis soyuq silahla hücuma məruz qalıb.
Bununla belə, avstraliyalı xanım səyahətə davam edəcəyini deyib: "Haranı görmək istəsəm, ora gedəcəm. Evə qayıtmaq fikrində deyiləm".