20 Avqust 2017 23:14
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiyməti Tarif Şurası tərəfindən tənzimlənən dərmanın qiyməti apteklərdən birində 20 manat daha baha qiymətə satılır.

Teleqraf.com xəəbər verir ki, bu məqam “XəzərXəbər”in araşdırması zamanı üzə çıxıb.

Elə vətəndaşların mürəciətindən məlum olur ki, belə hallar xəstəxanaların yaxınlığında yerləşən apteklərdə daha çox müşahidə olunur.

Dərmanın dövlət tərəfindən tənzimlənən qiyməti başqadır, ancaq aptekin satdığı qiymət tam başqa. Özü də belə hallara daha çox xəstənalara ən yaxın olan apteklərdə rast gəlinir.

Hüquqşünas Xəyal Bəşirov bildirir ki, aptek sahibi tərəfindən atılan bu addım inzibati qaydada məsuliyyət yaradır və bunu edən vəzifəli şəxslər 1000-1500, hüquqi şəxslər isə 3000-5000 arasında cərimə oluna bilərlər.

Qiymətləri tənzimlənməyən dərmanların satışında isə belə hallara daha çox rast gəlinir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər