Rusiyanın Rostov-Don şəhərində fərdi yaşayış evlərindən birində yanğın baş verib, daha sonra yanğın nəticəsində təbii qazdan güclü partlayış qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, polislər yaxınlıqda olan insanlardan təhlükəsiz yerlərə köçməyi xahiş edirlər.
Yanğın “Teatral” rayonunda, Rostov-Donun əsas meydanının yaxınlığında qeydə alınıb.
Əvvəlcə 33 saylı evdə başlayan yanğın daha sonra digər evlərə yayılıb. Artıq yanğın sahəsi 6 min kvadrat metri keçib. Küçələrdə bir neçə yüz metr boyunca şəxsi əşyaları, paltarları, qiymətli avadanlıqları olan yüzdən çox insan var.
Sakinlər yanğın yerindən bacardıqca uzaqlaşmağa çalışırlar.