Kopenhagendə başı və ayaqları kəsilmiş halda tapılan meyitin isveçli jurnalist Kim Vall olduğu bəlli olub.
Teleqraf.com xəbər verir ki, polis cəsədi tapdıqdan sonra DNT analizinə göndərib və elan edib ki, analizin nəticələri Kim Vallin göstəricilərinə uyğundur.
İsveçli jurnalist sonuncu dəfə danimarkalı ixtiraçı Peter Madsenlə görüşüb. Onun cəsədini velosipedçi suyun kənarında aşkarlayıb.
Bundan sonra dizayner Madsen qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.