Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda 10 m² sahədə məişət tullantıları və 6 m² sahədə taxtadan ibarət hasar yanıb.
Yüksək temperaturdan bitişik çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində quraşdırılmış 2 ədəd kondinsioner qismən, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60 m² olan eyvanın plastik pəncərəsi əriyib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.