Türk Silahlı Qüvvələrinin 10 generalının rütbəsi alınıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu barədə elan Türkiyənin “Rəsmi Qəzet”ində çap olunub.
Məlumata görə, Türk Silahlı Qüvvələrindən təqaüdə çıxarılan, öz istəyi ilə təqaüdə çıxan və ya istefa verən zabitlərin FETÖ ilə əlaqələri, dövlətin milli təhlükəsizliyinə qarşı fəaliyyətdə olduqları qeyd edilib və bu səbəbdən də Hava Qüvvələrinin komandanlığında olmuş 10 təqaüdçü generalın rütbəsi alınıb və təqaüdləri ləğv edilib.
Qeyd edək ki, bununla da generallardan Ərcan Dursun, Ugur Buldu, Məhəmməd Arif Pazarlıoğlu, Mustafa Rüştü Çələng, Atilla Yurddaş, Nəcib Yılmaz, Nüsrət Yalçinel, Aydın Gündüz, Ərsal Ölməz, Semih Koşucuoğlu artıq general rütbəsindən mərhum edilib və onlar general kimi təqaüd ala bilməyəcəklər.