Ermənistan silahlı qüvvələrinin Ağdərədə yerləşən hərbi hissələrindən birində baş verən növbəti hadisə zamanı iki hərbi qulluqçu ağır yaralanıb.
Teleqraf.comvirtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri məlumat yayıblar.
Məlumatda deyilir ki, artilleriya qurğusunun lafetinin zərbəsi nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Qrişa Savoyan və Manvel Sadoyan adlı hərbi qulluqçular təcili olaraq hərbi hospitala yerləşdiriliblər. Çoxdan köhnəlmiş qurğudan atış çalışmasını yerinə yetirən top heyətinin səriştəsizliyi və təcrübəsizliyi ucbatından baş verən hadisənin ictimaiyyətdən gizlədilməsinin səbəbi son vaxtlar belə hadisələrin tez-tez baş verməsidir.
Ekspertlərin fikrincə, qonşu ölkədə ictimaiyyətin narahatçılığına səbəb olan ən maraqlı məqam isə işğalçı ordunun rəhbərliyinə mülkü şəxsin, eləcə də hərbi hissələrə savadsız və qeyri-peşəkar şəxslərin təyin edilməsi ilə Ermənistan ordusunda müxtəlif hadisələr və hərbi cinayətlər nəticəsində qeyri-döyüş şəraitində ölən və yaralananların sayının durmadan artmaqda davam etməsidir.