ABŞ-ın Texas ştatının Rokport şəhərində güclü “Harvi” qasırğası nəticəsində ən azı 10 nəfər xəsarət alıb. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.
Qasırğanın epsentrinə düşən ərazilərin sakinləri təxliyə edilib, digər ərazilərdə isə əhaliyə texniki təhlükəsizliklə bağlı təlimat verilir.
Təbii fəlakətlə üzləşəcək rayonlarda 4,6 milyon nəfər yaşayır.
ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində bir neçə dəfə əhaliyə müraciət edərək təhlükəsizlik məsələlərində diqqətli olmağı və hakimiyyətin göstərişlərinə əməl etməyi xahiş edib.
D.Tramp, həmçinin qasırğanın təsirinə məruz qalmış ərazilərə yardım göstərilməsi ilə bağlı sənəd imzalayıb.
Son 12 il ərzində ən güclü olacağı deyilən qasırğa avqustun 26-sı gecə saatlarında Texasın sahilyani ərazilərindən başlayıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 215 km-ə çatıb.