27 Avqust 2017 10:07
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada 24 Azərbaycan vətəndaşı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Nazran şəhərinin Martazanov küçəsindəki tikinti obyektində reyd keçirib. Reyd zamanı onlarla əcnəbinin qanunsuz işləməsi faktı aşkarlanıb.

İşçilər polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılanlar arasında iyirmi dörd Azərbaycan vətəndaşı olduğu bildirilir.

Əcnəbiləri əməyə qanunsuz cəlb etmiş inşaat firması barədə inzibati tədbirlər görülüb.

Saxlanılanlar barəsində də inzibati protokollar tərtib olunub.

Qeyd edək ki, hazırda həmin işçiləri Rusiyanın sərhədləri hüdudlarından çıxarılma və beş min rubl miqdarında cərimə gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər