Bakının Nəsimi rayonunda mübahisə cinayətlə nəticlənib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Bəhruz Tatanov üz nahiyəsinə xəsarət yetirildiyinə görə 1 saylı şəhər xəstəxanasına müraciət edib. İlkin tibbi yardım zamanı həkimlər Bəhruz Tatanovu əməliyyat ediblər.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Fərhad Nəsibov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.