İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbildə yerləşən “Zərəvani” Xüsusi Təyinatlı Komandanlığa aid silah anbarında partlayış baş verib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, 3 peşmərgənin yaralandığı partlayışın səbəbinin müəyyən olunması üçün araşdırmalara başlanılıb.
Muxtariyyət rəsmiləri bəyan ediblər ki, partlayışın silah anbarında baş vermiş yanğından sonra meydana gəlib. İlk partlayışdan sonra ard-arda baş verən partlayışlar təşvişə səbəb olub. Hər hansı insan tələfatının olmadığı partlayışda anbarın ətrafında xidməti vəzifədə olan 3 peşmərgə yaralanıb.
Partlayışın baş verdiyi silah anbarında İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlarda ələ keçirilmiş silahların saxlanılırmış. Yanğın gecə yarısına kimi söndürülüb. Baş vermiş hadisənin hər hansı terror hadisəsi ilə əlaqədar olmadığı bildirilib.