İstanbulun Sarıyer rayonu ərazisində Monqolustan bayrağı altında üzən, kapitanı azərbaycanlı olan "Leonardo" adlı 114 metrlik yük gəmisi ortadan ikiyə bölünüb.
Teleqraf.com xəbər verir ki, ötən gecə saat 3 radələrində gəmi təmir üçün Tuzladakı tərsanəyə yan alarkən qəza baş verib. 1975-ci ilin istehsalı olan gəminin öncə qabaq hissəsi əyilib, sonra gövdədən ayrılıb.
Əraziyə 8 sahil təhlükəsizlik gəmisi cəlb edilib.
Ekipaj üzvləri xilas edilib.