Sentyabr ayında bütün ermənilərin katolikosu II Qareginlə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin görüşü keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Novosti-Armenii” – News.am saytına Eçmiədzinin mətbuat katibi, keşiş Vaqram Məlikyan bildirib.
“İlkin razılığa görə, görüş sentyabrın 8-də Moskvada baş tutacaq”, - Məlikyan bildirib.
Görüş Moskva və bütün Rusiyanın patriarxı Kirilin vasitəçiliyi ilə təşkil olunacaq.