Gürcüstanın Barjomi dərəsində yanğının söndürülməsinə cəlb olunan Mi-8 vertolyotu qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, Qudjarula çayına düşən vertolyot artıq sudan çıxarılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, vertolyot çənini su ilə doldurarakən qəzaya uğrayıb. Vertolyot Gürcüstan sərhəd polisinə məxsus olub. Dörd ekipaj üzvü həyati təhlükə doğurmayan zədələrlə hospitala aparılıb.
Qəzadan sonra Qudjarula çayı kimyəvi, bioloji, radioaktiv və nüvə tullantılarından təmizləyib. Vertolyot sutka ərzində çaydan çıxarılıb və ekspertiza üçün Tiflisə aparılıb.
İnsidentin dəqiq səbəbi hələlik müəyyənləşməyib.