Qondarma Luqansk Xalq Respublikasının (LXR) Xalq Sovetinin iki deputatı qətlə yetirilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə keçiridiyi brifinqdə LXR baş prokurorunun müavini Qriqori Tsevenko bildirib.
Hadisənin detalları açıqlanmır. Hər iki deputat Kamenobrodsk rayonunda qətlə yetirilib.
Q.Tsevenko faktla bağlı cinayət işinin açıldığını bildirib.