29 Avqust 2017 12:55
1 780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotiklərlə bağlı xüsusi əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Piriyevdən 19 kiloqram 705 qram tiryək götürülüb.

Oxşar əməliyyat Bərdə rayonunda da keçirilib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdborakı kənd sakini Taleh Hüseynovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu, habelə evindən 13 kiloqram 430 qram marixuana aşkar edilərək götürülüb.

Daha bir əməliyyat Sabirabad rayonunda da keçirilib. Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Qaratəpə kənd sakini Rauf Tağıyevin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər