Peterburqlu 29 yaşlı blogger Stanislav Dumkini Moskvada, Qorki parkında döyüb öldürən Korney Markov - məşhur aktyor Sergey Makarovun oğlu saxlanılıb.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, hazırda o, İstintaq Komitəsində sorğulanır.
Xatırladaq ki, insident avqustun 13-də baş verib. 23 yaşlı Korney Makarov parkda bloggerin şlyapası və eynəyini çıxararaq, ona duzgün geyinmədiyini irad tutub. Daha sonra isə dava düşüb və blogger aldığı zərbələrdən huşunu itirib. Komaya düşən Stanislav Dumkin bir həftə sonra xəstəxanada dünyasını dəyişib.