Yəməndə sel daşğınları 10 nəfərin ölümünə səbəb olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Yəmənin cənub bölgələrində baş verən güclü yağışlar daşğıntılara səbəb olub.
Lahic vilayətinin rəsmisi Əz-Züay bildirib ki, daşqınlar nəticəsində 6 nəfər yaralanıb, 10 adam ölüb. Ölənlərin çoxu uşaq və qadınlardır.