Azərbaycan Gürcüstanda yanğınların söndürülməsinə yenidən helikopter göndərib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, dünən Gürcüstanın Abastumani kurort şəhəri yaxınlığında yanğın başlayıb. Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 1 yanğınsöndürmə helikopteri 10 nəfərlik heyətlə bu gün Gürcüstana yola düşüb.
Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstanın Borjomi-Xarqulsk qoruğunda da yanğın baş vermişdi. Gürcüstan hökumətinin müraciətinə əsasən, İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilmişdi.