Park Bulvar AVM-in Feysbuk səhifəsi haker hücumuna məruz qalıb.
Bu barədə məlumatı Teleqraf.com-a Park Bulvar AVM-in PR meneceri Günay Malikqızı verib. O, bildirib ki, 120 mindən çox izləyicisi olan səhifəyə kiberhücumun nəticələrini aradan qaldırmaq üçün Park Bulvar administrasiyası rəsmi olaraq Feysbuk idarəçilərinə müraciət edib.
Qeyd edək ki, kifayət qədər aktiv izləyicisi olan səhifə bir neçə il öncə də xaker hücumuna məruz qalmışdı. Sosial şəbəkə administrasiyasına müraciətdən sonra səhifə geri alınmışdı.