30 Avqust 2017 18:15
1 848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda orta məktəblərin birində 10 kiloqramlıq bomba aşkarlanıb. 40 yaşlı polis bombanı qucağına alaraq dayanmadan bir kilometr qaçaraq 400 şagirdin təhlükəsizliyini təmin edib.

Teleqraf.com xəbər verir ki, hadisə Hindistanın Madhya Pradeş əyalətində baş verib.

Məktəb həyətində partlamamış bombanı tapan polis əməkdaşı Abhişek Patel 10 kiloqramlıq bombanı qucağına alaraq məktəbdən uzaqlaşıb. 400 uşağı təhlükədən xilas etmək istədiyini söyləyən Patel bir dəqiqə içində Hindistanın qəhrəmanına çevrilib.

Qəhrəman polis elan edilən Patel mətbuata deyib ki, yalın əlləri ilə partlama ehtimalı yüksək olan bombanı qucağına alaraq məktəbdən uzaqlaşıb:

“Çünki bomba tapılan yer insanların sıx yaşadığı yerdir, azı 400 uşaq bu məktəbdə təhsil alır. Mən bombanı məhv edəcək qrupların olmadığını öyrəndikdən dərhal sonra hərəkətə keçdim. Təhsilim sayəsində bilirdim ki, bu tip bomba partlayarsa 500 metr radiusda hər şeyi yerlə bir edə bilər. Ona görə də bombanı götürüb 1 kilometr qaçdım”.

Patel əlindəki bomba ilə qaçarkən çəkilən şəkillər ictimai mediada rekord qırıb. Eyni zamanda cəsarətli polis məmuru Patelə 750 dollar pul mükafatı vermək qərara alınıb.

Məktəbdə bomba tapılması faktı ilə bağlı istintaq başlanılıb, araşdırma aparılır.


Müəllif: Cavad

Oxşar xəbərlər