31 Avqust 2017 12:08
1 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyada istifadə etdiyi pilotsuz uçuş vasitələri Rusiya tərəfindən vurulub.

Teleqraf.com xəbər verir ki, bu iddianı “Jane360” xəbər portalı irəli sürüb. Portal iddianın Rusiya səlahiyyətlilərinə söykəndiyini bəyan edib.

Hətta bildirilib ki, Rusiya Türkiyəyə aid digər hava uçuş cihazlarını da Suriya səmasında zərərsizləşdirib.

Qeyd edək ki, 22-27 avqust tarixlərində Moskvada Rusiya hərbi sənayesi ilə bağlı tədbir keçirilib. Həmin tədbirdə Türkiyə də diqqətə alınıb. Sözügedən toplantıda Rusiyanın “Pantsyr-S1” hava müdafiə sisteminin təqdimatı keçirilib. Rusların Suriyada itifadə etdiyi bu hərbi sistemlə bağlı detallı informasiya verilib.

Qeyd edək ki, bu ilin əvvəllərində Suriya ərazisində bir neçə dron vurulub. Portal iddia edir ki, həmin dronlar İsrail və Türkiyəyə məxsus olub.

Bu ilin may ayında Türkiyədə istehsal olunan “Bayraqdar” adlı dronun vurulduğu da iddiada yer alıb.


Müəllif: Cavad

Oxşar xəbərlər