Xəzər Əliyevin meyitinin Azərbaycana gətirilməsi üçün anası Məlahət Həsənova Beyrut şəhərinə yola düşüb.
Bu haqda Teleqraf.com-a mərhumun anası özü məlumat verib.
Onun sözlərinə görə, Xəzər Əliyevi maşınla vuran şəxs həbsdədir: “Həmin şəxsin yaxınları bildirdi ki, onlar pulu ödəməyə razıdırlar. Sadəcə bütün bunların sığortalı olması şərtini irəli sürürlər. Bildirdilər ki, pulu göndərəndən sonra valideyn yenidən şikayət edə bilər. Bir neçə gündür danışıqlar gedir. İstədilər ki, pul Beyrut şəhərində Azərbaycanı təmsil edən səfirllik və konsul vasitəsi ilə ödənsin. Daha sonra məndən vəkalət göndərilməsi istənildi. Danışıqlar davam etdikdən sonra qərara aldıq ki, balamın meyitini gətirmək üçün Beyrut şəhərinə gedim. Hazırda getmək üçün hazırlaşıram”.
Məlahət Həsənova deyir ki, Xəzər Əliyevin əməliyyatı 12 min dollara başa gəlib:
“Əməliyyat zamanı səkkiz litr qan vurulub ki, onun da litri 500 dollar edir. Meyit orda qaldığı üçün hər günə pul hesablanır”.
Xəzər Əliyevin anası qeyd edib ki, əri ilə boşanıblar:
“Atası ilə ayrılmışıq. O, köməklik etmədiyi üçün onu uşaq vaxtı tərbiyəsi pozulmasın deyə, Ordubadda internat məktəbinə vermişdim. Bir qizim, bir oğlum var. O, çətinliklə böyüyüb”.
Xatırladaq ki, 06.02.1994-cü il təvəllüdlü Azərbaycan idmançısıXəzər İntiqam oğlu Əliyev Livanın Beyrut şəhərində səhər 5:30-da yol qəzaısına düşüb. Xəzərin həyatını xilas etmək mümkün olmayıb.
İlhamə