1 Sentyabr 2017 12:27
696

ABŞ Prezidenti Donald Tramp Rusiyanın San-Fransisko şəhərindəki Baş Konsulluğunun bağlanmasına, həmçinin Vaşinqton və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərin başqa binalara köçürülməsinə dair qərarları şəxsən özü qəbul edib və bu məsələni Vladimir Putinlə telefonla müzakirə etməyi planlaşdırmır.

Teleqraf.com xəbər verir ki, bunu “RİA-Novosti”yə ABŞ administrasiyasının yüksək çinli məmuru bildirib.

O qeyd edib ki, komandası tərəfindən Trampa milli təhlükəsizliklə bağlı variantlar təqdim olunub və o, şəxsən bu qərarı qəbul edib.

Qeyd edək ki, ABŞ avqustun 31-də Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyətinə yeni məhdudiyyətlər tətbiq edib. Bu çərçivədə sentyabrın 2-dən Rusiyanın San-Fransiskodakı Baş Konsulluğu, Vaşinqon və Nyu-Yorkda konsulluq obyekləri bağlanacaq.

Bundan öncə isə Moskva Rusiya ərazisində çalışan amerikalı diplomatların sayının 755-dən 455-dək azaldılmasına dair qərar qəbul edib.


Müəllif: Səxavət