Bakıda 1 nəfər pəncərə silərkən yıxılıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə təmizlik işləri apararkən pəncərədən yıxılıb və iki divar arasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər vətəndaşa müvafiq köməklik göstərib və hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil veriblər.