2 Sentyabr 2017 10:40
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Goranboy Rayon Mərkəzi Xəstəxanasında sərxoş şəxsin iştirakı ilə insident yaşanıb.

Teleqraf.com xəbər verir ki, Bakı-Qazax magistral yolunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Anar Zeynalov sərxoş olub-olmaması üçün xəstəxanaya gətirilib. Lakin A. Zeynalov tibb müəssisəsində tibb işçilərinə etiraz edib və onlarla əlbəyaxa olub. İnsident nəticəsində sərxoş şəxs tibb işçilərinə xəsarət yetirib. Bununla kifayətlənməyən A. Zeynalov xəstəxananın pəncərələrini də qırıb.

Hadisə yerinə dərhal polis cağırılıb. A. Zeynalovun ağır dərəcəli sərxoş olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır. (APA)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər