4 Sentyabr 2017 22:58
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğınla nəticələnən yol qəzası baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Səbail rayonunda "Daewoo" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğın baş verib.

Yanğın nəticəsində "Daewoo" markalı avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com