Qəbələ şəhərində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, bu gün yerli vaxtla saat 05:55-də Qəbələdən 24 km şimal-qərbdə, Qəbələ ərazisində zəlzələ qeydə alınıb.
Dərinliyi 10 km, maqnitudası 3.2 olan zəlzələ hiss olunmayıb.