6 Sentyabr 2017 10:11
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökumətinin dəstəklədiyi PYD/YPG qüvvələri Suriyanın Türkiyə ilə sərhədindəki 5 keçid məntəqəsində nəzarəti ələ alıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, PKK-nın Suriya qolu sayılan PYD/YPG qüvvələri ümumilikdə Türkiyə ilə sərhəddə 580 kilometrlik əraziyə nəzarət edir.

Ələ keçirilən sərhəd keçid məntəqələri İslahiyə, Mürşüdpınar, Axçaqala, Ceylanpınar ve Şənyurddur.

Türkiyənin “Yeni Şafak” qəzetinin məlumatına görə, terrorçular bu məntəqələr vasitəsilə Suriyaya xeyli silah-sursat keçiriblər. Bundan başqa, daha iki keçid məntəqəsi suriyalı muxaliflərin nəzarətinə keçib.


Müəllif: Samir

Oxşar xəbərlər