Abşeron rayonunda mağazada baş verən oğurluğun üstü açılıb.
Teleqraf.com xəbər verir ki, cari il yanvarın 16-da rayon ərazisindəki mağazalardan birindən 35.000 manat oğurlanıb.
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Qadir Əliyev tutulub.
İstintaq araşdırması zamanı Qadir Əliyevin əvvəllər də məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.