Konqresin qərarı ilə ABŞ Dağlıq Qarabağın inzibati ərazisinin minalardan təmizlənməsi işinə 1,5 milyon dollar vəsait ayıracaq.
Teleqraf.com “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, qanun layihəsinin son versiyası bu gün axşam səsverməyə qoyulacaq.
Yardım təklifi ilə çıxış edən konqres üzvü Devid Valado deyib ki, Dağlıq Qarabağda müharibənin gedişatında yerləşdirilmiş minalara görə regionda yaşayan insanların həyatı təhlükə altındadır. Konqresmenin məruzəsinə görə, artıq Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən HALO Trust tərəfindən minalanmış sahələrin 90 faizi təmizlənib.
Qeyd edək ki, rəsmi Bakı HALO Trust-un Dağlıq Qarabağdakı fəaliyyətinin qanunsuz olduğunu bəyan edərək bir neçə il əvvəl Britaniya hökumətinin bu təşkilatın Qarabağda minatəmizləmə fəaliyyətini maliyyələşdirməsini dayandırmağa nail olub.