Müğənni Roza Zərgərli canlı efirdə maraqlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, ilk dəfə evinə oğruların girməsi haqqında danışıb:
“2 il bundan əvvəl mənim evimə oğrular girmişdilər. 5 maskalı kişi... Deməli, Xaçmazdan evə gəlirdim. Evdə yalnız itim Lara məni gözləyirdi. Qapını bağladım, yeməyimi yedim, Laranı yedizdirdim. Birdən Lara durub küçə qapısının yanına getdi. Orada hürməyə başladı. Gecə saat 3 idi. Getdim bunu sakitləşdirməyə. Lara 4 dəfə gedib, gəldi. Məni qorxu basdı. Amma iti danlayırdım ki, indi qonşular gələcək. İçəri gəlib yataq otağının qapısını bağladım. Bu möcüzədir. Lara qapını əlləri ilə açıb, bir də qaçdı. Qara basdı məni... Qapının “qlazok”unu açıb baxmaq istəyəndə gördüm qapı aralanır. Tək qadın və 5 üzü maskalı kişi. Mən qapını tutmuşam. O, bu yana dartır, bu bu yana. Sən demə oğru evimizdən imiş. Daha kim olduğunu demirəm. İt də o, oğrunu tanıyırdı. Mənə xəbərdarlıq etdi. Amma yaxşı qurtardıq".