8 Sentyabr 2017 21:37
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə Sumqayıt şəhər 1 saylı doğum evində bir gündə 8 körpənin ölməsi barədə yayılan məlumat yalandır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidməti Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, həmin xəstəxanada 1- 2 xəstə uşaq dünyaya gəlib: “Həmin Doğum evində kütləvi ölüm halı qeydə alınmayıb. Məlumat yanlışdır”.

Qeyd edək ki, bu gün sosial şəbəkədə bir paylaşım diqqət çəkib. Həmin paylaşımda Sumqayıt şəhər 1 saylı doğum evində 1 gün ərzində 8 körpənin dünyasını dəyişdiyi qeyd olunub: “1 gün ərzində 8 körpə baxımsızlıqdan, infeksiyadan ölüb. Yalandan ölüm kağızına yazıblar ki, guya hamısının ürəyində qüsur, böyrəyində problem varmış. Amma infeksiya salıblar. Bir gündə 8 ölü nə deməkdir”?


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər