24 İyul 2014 12:19

“Səfir Doroxin Milli Məclis sədrinə yalan məlumat verib. Dilqəm Əsgərov Rusiya vətəndaşıdır”.

Bu sözləri “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin rəhbəri Esmira Orucova Rusiya səfirliyinin “Kəlbəcərdə girov götürülmüş şəxslərin heç biri Rusiya Federasiyasının vətəndaşı deyil” açıqlamasına münasibət bildirərkən deyib.

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin vəzifələrindən biri də əsir-girov götürülmüş, və ya itkin düşmüş şəxslərə hüquqi yardın göstətməkdir. Girov götürülmüş hər 3 girovun ailə üzvləri əzizlərinin qaytarılması ilə bağlı ərizələrin, müraciətlərin hazırlanmasında onlara hüquqi yardım etmək üçün ictimai birliyimizə müraciət ediblər. Dilqəmin Rusiya Federasiyasının vətəndaşı olduğunu təsdiq edən pasportunu da gətirmişdilər. Atasının xahişi ilə Rusiya səfirliyinə onun azad edilməsi ilə bağlı yazdığım ərizəyə Dilqəmin Rusiya Federasiyasının vətəndaşı olduğunu təsdiq edən pasportunun surətini də əlavə edərək ünvanlamışam. İyul ayının 21-də həmin məktubu ailə üzvləri Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə təqdim edən zaman məktubun məzmunu ilə tanış olduqdan sonra müraciətin poçtla göndərilmədiyini bəhanə gətirərək qəbul etməkdən imtina ediblər.

Girov götürülmüş Quliyev Şahbaz Cəlal oğlunun isə həyat yoldaşı, 1982-ci il təvəllüdlü Veselova Albina İvanovna Rusiya Federasiyasının vətəndaşıdır. Şahbazla rəsmi nikahda olan Albina İvanovna RF Perm vilayəti, Bolşesosnovskiy rayonu, Çernokskoye kəndində daimi qeydiyyatdadır. Onların birgə nikahdan 2005-ci il təvəllüdlü Elza adlı bir qızları var. Həyat yoldaşı və qızı hazırda Azərbaycanda yaşayırlar. Şahbazın həyat yoldaşı və bacısı oğlu Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində olan zaman onlara “Şahbaz Azərbaycan Respublikasının vətəndaşıdır, əgər Rusiya Federasiyasının vətəndaşı olsaydı, biz məsələyə qarışa bilərdik”, deyiblər.

Hazırda RF-nin Azərbaycandakı səfirliyi Dilqəmin Rusiya Federasiyasının vətəndaşı olduğu halda yaxınlarının onun qaytarılmasına yardım edilməsi ilə bağlı təqdim etdikləri məktubu almaqdan imtina edir.

Dilqəm Əsgərovun Rusiya vətəndaşlığını təsdiq edən pasportu təqdim edirik.


/rst.az/


Müəllif:
Загрузка...