8 Sentyabr 2017 21:11
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının İran qolu sayılan “Pjak”qruplaşmasının üzvləri Qərbi Azərbaycan əyalətində bir sıra cinayət əməlləri törədib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlar pul əldə etmək üçün hətta uşaq oğurluğundan belə çəkinmirlər.

Məlumatlara görə, bu dəfə terrorçular Qərbi Azərbaycanda Salmas şəhərinin Urban kəndində bir ərzaq mağazasına hücum ediblər. Terrorçular mağazadan nağd pul və bir çox ərzaq məhsulu götürdükdən sonra onun sahibi Səid Eyvərini döyüb, məhsulları ayaqlar altına ataraq mağazanı bərbad vəziyətə salıblar.

Son aylarda kürd terror qruplaşmaları Azərbaycanın qərb bölgəsində terror aktları törədərək bir neçə soydaşımızın ölümünə səbəb olublar. İran rejimi isə nəzarətdən çıxmamaq şərti ilə qruplaşmaların bölgənin kürdləşdirilməsi uğrunda apardıqları bütün fəaliyyətlərə göz yumur, bununla da Qərbi Azərbaycan Əyalətində planlaşdırdığı demoqrafik tərkibin dəyişdirilməsinə şərait yaradır.


Müəllif: Samir

Oxşar xəbərlər