24 İyul 2014 12:30
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Jirinovski ilə qondarma “Donetsk Xalq Respublikası”nın baş naziri Vladimir Antyufeyev arasında olan telefon danışığı yayımlanıb.


Məlumata görə, telefon danışığı Ukrayna mətbuatına sızdırılıb.

Telefon danışığında “baş nazir” partiya sədrindən terrorçulara siyasi dəstəyin artırılmasını xahiş edib:

“Bizim aktiv müqavimətimizə baxmayaraq, çox dayana bilməyəcəyik. Biz sizin siyasi dəstəyinizə ehtiyac duyuruq. Sizin və sizin partiyanızın. Təcili olaraq ən yüksək səviyyədə məsələyə müdaxilə etmək lazımdır”.

Jirinovski isə öz növbəsində nəinki siyasi dəstək, həm də digər bütün yardımların hamısının göstərilməsinin vacib olduğunu bildirib:

“Siyasi dəstəyi biz hər zaman göstərəcəyik. Amma sizə digər kömək də lazımdır ki, müqavimət göstərə biləsiniz”.

Qeyd edək ki, Vladimir Antyufeyev “Dnesteryanı Respublikası”nda 20 ilə yaxın müddət ərzində KQB-yə rəhbərlik edib.

Səs yazısını təqdim edirik:

/axar.az/


Müəllif: