9 Sentyabr 2017 14:00
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Tovuz şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

Hərəkətdə olan 60-BN-016 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin aşaması nəticəsində 5 nəfər ağır yaralanıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Tovuzda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

Bunlar 1987-ci il təvəllüdlü Qasımov Bağban İlham oğlu, 1981-ci ildə anadan olmuş Məsimov Bəhman Mansir oğlu, 1982-ci il təvəllüdlü Həsənli Vuqar Fərzəli oğlu, 1978-ci ildə anadan olmuş İbadov Asif Əmir oğlu və 1987-ci il təvəllüdlü Məsimov Sədi Mansır oğludur.

Qəzaya uğrayan avtomobildə olan şəxslərin dərman firmasının işçiləri olduğu bildirilib./Report/


Müəllif: Teleqraf.com