9 Sentyabr 2017 23:39
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada sevgilisinə evlənməyi təklif edən və müsbət cavab alan kişi sevindiyindən 30 metr hündürlükdəki körpüdən yıxılaraq ölüb.

Teleqraf.com xəbər verir ki, 32 yaşında, adı açıqlanmayan şəxs Okinava şəhərində, İrabu körpüsündə sevgilisinə sürpriz evlilik təklifi edib.

Xanım təklifə razılaşaraq düşünmədən “hə” cavabı verib.

Müsbət cavab alan və atılıb-düşməyə başlayan kişi körpüdən yıxılıb. Yanındakılar onu tuta bilməyiblər.

Okinava polisi gənc qızı idarəyə dəvət edərək ondan izahat alıb. 7 saatlıq axtarışlardan sonra kişinin cəsədini tapmaq mümkün olub.

Polis ehtimal edir ki, kişi evlilik təklifindən əvvəl spirtli içki qəbul edib.


Müəllif: Cavad

Oxşar xəbərlər