İspaniyanın Uelva əyalətində geniş meşə yanğınları səbəbindən 500-dən çox insan təxliyyə edilib.
"Report" xəbər verir ki, bu barədə şənbə günü EFE xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, yanğın cümə günü Əndəlusiya muxtar birliyinin Uelva əyalətində yerləşən La-Qranda-de-Rio-Tinto yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.
Ərazidən 500-dən çox sakin təxliyyə edilib. Yanğın ilə 350 yanğınsöndürən mübarizə aparır, hadisə yerinə xüsusi hava texnikası cəlb olunub.
Zərərçəkənlər barədə məlumat yoxdur. Meşənin yandırıldığı ehtimal olunur.