09.11 19:46
Quba Rayon İcra Hakimiyyətinin (RİH) Memarlıq və tikinti şöbəsinin müdiri Nizaməddin Əmrullayev bıçaqlanıb.
Teleqraf.com xəbər verir ki, İcra hakimiyyətinin şöbə müdiri həmkəndlisi İkinci Nügədi kənd sakini Şakir Mədətov ilə torpaq sahəsi üstündə mübahisə edib. Mübahisə nəticəsində bıçaqlanma hadisəsi baş verib.
Yaralı Nizaməddin Əmrullayev xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin sol tərəfinin, sol çiyninin arxa hissəsinin və sol said sümüyünün kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Şakir Mədətov yerli polis tərəfindən tutulub.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.