İranda şəhərlərarası sərnişin avtobusu qəzaya uğrayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində ən azı 11 nəfər ölüb, 28 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Qəza sentyabrın 12-si yerli vaxtla 2:30-da Cacirud şəhəri yaxınlığında baş verib.
Cacirud körpüsünə 1 kilometr qalmış avtobus yoldan çıxaraq, 50 metrlik dərinliyi olan dərəyə yuvarlanıb.
Hadisə yerinə xilasedicilər cəlb edilib. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin səhhətinin ağır olduğu bildirilir.
Hadisənin səbəbləri araşdırılır.