Rusiyada bir-birinin ardınca gələn həyəcanlı zənglər insanları təşvişə salıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, zənglərdə müxtəlif yerlərdə bomba yerləşdirilməsi ilə bağlı məlumatlar yer alıb.
Bu səbəbdən polis bir çox məktəblərdə, vağzallarda, universitetlərdə və ticarət mərkəzlərində evakuasiya işləri aparıb.
Zənglərin hansısa cinayət qrupu tərəfindən planlı şəkildə həyata keçirildiyi bildirilib. Oxşar hadisələr Bryansk, Vladivostok, Maqadan, Omsk, Ryazan, Cənubi Saxalin, Ufa, Yekaterinburq və Stavropolda baş verib.
Faktla bağlı Rusiya polisi hərəkətə keçib.