14 Sentyabr 2017 12:22
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:30

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.

39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılaraq, 18 saylı avtobusdan düşən, qucağında körpə uşaq olan 29 yaşlı qadını vurub. Günel adlı ana uşağı kənara ataraq xilas edə bilsə də, özü dünyasını dəyişib.

Sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.

Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.

***

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi törədən 39 saylı marşrut avtobusunun sürücüsünün adı məlum olub.

Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, 29 yaşlı qadının ölümünə səbab olan və hadisə yerindən qaçan sürücü Quliyev Tehran Tanriverdi oğludur: “Hadisəni polis araşdırır. Onun üçün geniş məlumat verə bilmirik”.


Müəllif: İlhamə Əbülfət