15 Sentyabr 2017 12:35
1 735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir müzakirə mövzusu olan Suriyanın İdlib şəhərinin taleyinə aydınlıq gətirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyə, Rusiya və İran Qazaxıstanın paytaxtı Astanada İdlib razılaşması imzalayıblar.

Razılaşmaya əsasən, ABŞ-ın Əl-Qaidə adı ilə bombalamaq istədiyi İdlib şəhəri Rusiya, Türkiyə və İranın əsgərləri tərəfindən mühafizə olunacaq.

Eni 35 kilometr, uzunluğu 130 kilometr olan bölgə isə təhlükəsizlik zonası elan olunacaq. Burada 2 milyon suriyalı təhlükəsizlik şəraitdə yaşayacaq.

İdlibin mühafizəsi üçün 3 ölkədən ümumilikdə 25 min əsgər Suriyaya göndəriləcək.


Müəllif: Samir

Oxşar xəbərlər